EN

Göygöl sakini elektrik zərbəsi ilə xəstəxanaya yerləşdirilib

Göygöl rayonu Qızılca kəndinin sakinini elektrik cərəyanı vurub.

Busaat.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Nemət Orucov müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Chosen
18
2
busaat.az

3Sources