EN

Tramp İranla İsrail arasında tezliklə atəşkəs olacağına əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp İranla İsrailin tezliklə atəşkəs razılaşması bağlayacağına əmin olduğunu bildirib...

“Report” xəbər verir ki, bu barədə ölkə başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

İranla İsrail razılaşma əldə etməlidirlər və onlar bunu edəcəklər, eynilə mənim Hindistan və Pakistandan əldə etdiyim kimi, ticarətdən istifadə edərək ağıl, birlik və sağlam düşüncəni iki əla liderlə danışıqlara gətirərək, onlar tez qərar qəbul edə və dayana bildilər”, – Tramp qeyd edib.

O həmçinin Tehran və Təl-Əviv arasında atəşkəsə nail olmaq üçün telefon zəngləri və görüşlərin keçirildiyini vurğulayıb.

Poliqon.info

Chosen
65
33
poliqon.info

10Sources