EN

Nour News: İran İsrailin bütün ərazisini raket atəşinə tutur

Nour

İranda İsrailin bütün ərazisinə zərbələr endirildiyi bildirildi.

İran İsrailin bütün ərazisinə raket zərbələri endirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Nour News telekanalı Telegram kanalında məlumat yayıb.

“İsrailin bütün ərazisi İran raketlərinin atəşi altındadır,” – deyə məlumatda bildirilir.

Bundan öncə İranın dövlət televiziyası da İsrailə buraxılan raketlərin Tel-Əviv, Aşkelon və Hayfa şəhərlərindəki hədəfləri vurduğunu açıqlamışdı. Eyni zamanda, İsrail ordusu ölkə üzrə hava hücumu siqnalı verildiyini və İsrail Hərbi Hava Qüvvələrinin raketlərin qarşısını almaq üçün hərəkətə keçdiyini bildirib.

Məryəm Quliyeva

Chosen
25
1
xalqcebhesi.az

2Sources