EN

İran İsrailin dayanması üçün ABŞ dən vasitəçilik istəyir KİV

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

İran Oman və Qətərə müraciət edərək, İsrailin davam edən zərbələrini dayandırmaq və nüvə danışıqlarını yenidən başlatmaq üçün Vaşinqtondan vasitəçilik etməyi tələb edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzetinə məsələ ilə bağlı məlumatlı mənbə bildirib.

“Eyni zamanda Səudiyyə Ərəbistanı da danışıqların bərpasına yönəlmiş atəşkəs çərçivəsini təşviq etmək üçün pərdə arxasında çalışır”, - mənbə əlavə edib.

Qeyd edək ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi şənbə günü sözügedən mətbuat oeqanına verdiyi açıqlamada bildirib ki, ABŞ danışıqlara sadiqdir və ümid edir ki, iranlılar tezliklə masaya gələcəklər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə ötən gecə verdiyi açıqlamada İsrail ilə danışıqları hazırkı vəziyyətdə mənasız adlandırıb:

“Sionist rejim İran xalqına qarşı hücumlarını davam etdirdikcə, onun ən böyük dəstəkçisi və ortağı ABŞ ilə danışıqlarda iştirak etmək mənasızdır”.

“İsraildə rəsmilər ümid edirlər ki, İranın ABŞ-nin təklifini rədd etməsi son nəticədə Vaşinqtonu İsrailin hərbi kampaniyasına qoşulmağa vadar edəcək”, - “The Jerusalem Post” yazır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
4
yeniavaz.com

10Sources