EN

"Tottenhem" "Bavariya"nın forvardını birdəfəlik transfer edib

"Tottenhem" Almaniyanın "Bavariya" klubundan icarəyə götürdüyü hücumçu Matis Teli birdəfəlik transfer etdiyini açıqlayıb.

İdman.biz xəbər verir ki, London klubunun 20 yaşlı fransızla müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub.

Ötən mövsümün ikinci yarısında Tel “Tottenhem”in heyətində 20 matçda iştirak edib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

İdman.biz

Chosen
26
1
idman.biz

2Sources