EN

Yol polisi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib.

İdarədən “Ölkə.az”a daxil olan məlumatda deyilir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir:

“Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:

- Sürət həddini aşmayın;

- Yol və hava şəraitinə uyğun hərəkət edin;

- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.

Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir”.

Chosen
0
13
olke.az

10Sources