AZ

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlıq yayıb:
    - Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilov Teyyub Məmməd oğlunun idarə etdiyi “Hyundai SantaFe” markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü Xəlilov Fəhad Teyyub oğlu hadisə yerində həyatını itirib. Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Abdullayeva Sevinc və 1988-ci il təvəllüdlü Abdullayeva Şəbnəm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu faciə bir daha göstərir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir. Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır: - Sürət həddini aşmayın; - Yol və hava şəraitinə uyğun hərəkət edin; - Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.

    Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir.

    Seçilən
    12
    13
    Ajans.az

    10Mənbələr