BAKI, 15 iyun. TELEQRAF
İsrail Müdafiə Ordusu (IDF) İranda silah istehsalı müəssisələrinin və ya anbarlarının yaxınlığında yaşayan insanlara evlərini təcili tərk etməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, Bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Adrai "İnterfaks" agentliyinə bildirib.
Adrai vurğulayıb ki, İran vətəndaşları öz təhlükəsizlikləri naminə bu addımı atmalıdırlar. O əlavə edib ki, növbəti bildirişə qədər bu ərazilərdəki evlərə qayıtmaq təhlükəlidir.