EN

Sabah Al-Numan: ABŞ İraqın hava məkanının pozulmasına görə məsuliyyəti üzərinə götürməlidir

İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah Al-Numan bildirib ki, İraq hökuməti ABŞ-dan tələb edir ki, iki ölkə arasında imzalanmış sazişlərə, beynəlxalq norma və konvensiyalara əsasən, öz məsuliyyətlərini üzərinə götürsün.

APA xəbər verir ki, bu barədə İraqın yerli mediasında məlumat yayılıb.

Məlumata görə, Baş Komandanının sözçüsü onu da bildirib ki, ABŞ İsrailin döyüş təyyarələri tərəfindən İraq hava məkanının mütəmadi pozulmasının qarşısını alsın.

Sabah Al-Numan qeyd edib ki, İraq İsrail tərəfindən hava məkanının pozulmasına qarşı praktik tədbirlər görüb.

Chosen
17
apa.az

1Sources