EN

Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verilib - FOTO

Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadır.

Day.Az xəbər verir ki, əvvəllər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatar 8 saat 25 dəqiqəyə mənzil başına çatırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

 

Qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax-Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.

Qeyd edək ki, ilk qatar bu gün saat 08:00-da Bakı Dəmiryol Vağzalından yola düşüb.

  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
  • Bakı-Qazax
Chosen
45
9
day.az

2Sources