EN

TƏCİLİ! İsraildən İran limanlarına ildırım zərbələri – Fars körfəzində gərginlik artır

İsrail Hərbi Hava Qüvvələri İranın Fars körfəzində yerləşən liman şəhərlərinə hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iranlıların hava hücumu xəbərdarlığı sədaları altında səmanı izlədiyi görünür. Paylaşılan ilk videoda Əhvaz, ikinci videoda isə Bəndər-Abbas üzərində İranın Hava Hücumundan Müdafiə Sistemlərinin (PRO) fəaliyyət göstərdiyi müşahidə olunur.

Hücumların miqyası və nəticələri ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
46
konkret.az

1Sources