EN

Voleybol millimiz Rumıniyaya da uduzdu, sonuncu oldu

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası Avropa Qızıl Liqasında mübarizəni başa vurub.

Arena.az xəbər verir ki, Xorvatiyanın ev sahibliyi etdiyi 3-cü turun son qarşılaşmasında komandamız Rumıniya yığması ilə üz-üzə gəlib.

Zadar şəhərində təşkil olunmuş görüşün qalibi Rumıniya millisi olub.

Bununla da Azərbaycan milli komandası Avropa Qızıl Liqasını xalsız başa vurub. 6 oyunda yığmamızın gücü cəmi iki set qazanmağa çatıb. Faiq Qarayevin yetirmələri Avropa Qızıl Liqasında sonuncu pillədə başa vurublar.

Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanıblar. Turnirin yarımfinal və final oyunları 28-29 iyun tarixlərində İsveçdə baş tutacaq.

Voleybol, Avropa Qızıl Liqası
14 iyun

Rumıniya – Azərbaycan 3:0 (25:14, 25:10, 25:17)

Chosen
33
1
arena.az

2Sources