Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəni başa vurub. "Rekord.az" xəbər verir ki, Xorvatiyanın ev sahibliyi etdiyi 3-cü turun son qarşılaşmasında komandamız Rumıniya yığması ilə üz-üzə gəlib. 

Zadar şəhərində təşkil olunan görüşün qalibi Rumıniya millisi olub. Beləliklə, Faiq Qarayevin yetirmələri Avropa Qızıl Liqasını xalsız başa vurublar.

Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 28-29 iyun tarixlərində İsveçdə baş tutacaq.


Avropa Qızıl Liqası  

III tur

 Rumıniya - Azərbaycan 3:0 (25:14, 25:10, 25:17)