EN

İki güləşçimiz qızıl medal qazandı - Avropa çempionatı

style='margin-bottom:10px;'>

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatı davam edir. 

QOL.az xəbər verir ki, bu gün Azərbaycanı təmsil edən iki sərbəst güləşçimiz ölkəmizə qızıl medal qazandırıb. 

48 kq çəki dərəcəsində çıxış edən Rəvan Həsənzadə finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. İdmançımız 4:0 hesabıyla qalib gələrək U17 Avropa çempionu olub. 

Digər güləşçimiz isə 55 kq çəki dərəcəsində çıxış edən Ruslan Əlizadə finalda rusiyalı Maxaç Abdullayevə 3:2 hesabıyla qalib gəlib. 

Chosen
26
4
teleqraf.com

5Sources