Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanı təmsil edən iki sərbəst güləşçimiz ölkəmizə qızıl medal qazandırıb.
48 kq çəki dərəcəsində çıxış edən Rəvan Həsənzadə finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. İdmançımız 4:0 hesabıyla qalib gələrək U17 Avropa çempionu olub.
Digər güləşçimiz isə 55 kq çəki dərəcəsində çıxış edən Ruslan Əlizadə finalda rusiyalı Maxaç Abdullayevə 3:2 hesabıyla qalib gəlib.
Hazırda Azərbaycanın hesabında 7 (3 qızıl, 1 gümüş, 3 bürünc) medal var. Rihad İbrahimli (110 kq), Əbdürrəhman Hüseynli (45 kq) və Rəvan Həsənzadə (48 kq) qızıl medal qazanıblar. Əli Nəzərov (60 kq) gümüş medal əldə edib. Qurban Məcnunov (48 kq), Nicat Yeylaqalıyev (80 kq) və Nazrin Əhmədli (46 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 15-də başa çatacaq.

5Mənbələr
-
idmanxeber.azAvropa çempionatı: iki güləşçimiz qızıl medal qazandı ( 18252325)
-
demokrat.azİki güləşçimiz Avropa çempionu OLDU — FOTO ( 18251110)
-
bizim.mediaİki güləşçimiz Avropa çempionu OLDU - FOTO ( 18250993)
-
qol.azİki güləşçimiz qızıl medal qazandı Avropa çempionatı ( 18249049)
-
teleqraf.comİki güləşçimiz qızıl medal qazandı - Avropa çempionatı ( 18249019)