EN

İran Prezidenti: İsrailin ABŞ ilə zərbələri koordinasiyası Vaşinqtonun etibarsızlığını göstərir

İsrailin İranın nüvə proqramı ilə bağlı danışıqların ortasında İrana zərbələrini ABŞ ilə əlaqələndirməsi Vaşinqtonun etibarsızlığını nümayiş etdirir.

Bakıvaxtı.az-ın məlumatına görə, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bunu Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında deyib.

"İsrailin danışıqların ortasında İran ərazisini işğal etmək üzrə hərəkətlərinin ABŞ-la əlaqələndirilməsi rəsmi Vaşinqtonun vicdansızlığı və etibarsızlığının əlamətidir", - Prezidentin Mətbuat xidməti onun sözlərini sitat gətirib.

Pezeşkianın sözlərinə görə, İsrail İrana qarşı təcavüzünü davam etdirəcəyi təqdirdə daha güclü cavab alacaq.

Chosen
28
3
bakivaxti.az

10Sources