AZ

Pezeşkian: Vaşinqton İsrail zərbələrinə ortaqdır

İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək və İsrailin hücumları davam etdikcə danışıqlar aparmayacaq.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

O, ABŞ-ni İsrailin hücumlarını əlaqələndirməkdə ittiham edib.

“Amerikalılar danışıqlar zamanı həmişə vurğulayıblar ki, İsrail onların koordinasiyası və icazəsi olmadan heç bir aqressiv addım atmayacaq. Ona görə də indiki hücumların bu hərəkətləri təsdiqləyən ABŞ-nin koordinasiyası ilə həyata keçirildiyi açıq-aydın görünür”, – Pezeşkian qeyd edib.

İran lideri daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində qeyd edib ki, İsrailin zərbələrinin ABŞ ilə əlaqələndirilməsi Vaşinqtonun etibarsızlığını göstərir.

Seçilən
37
50
busaat.az

10Mənbələr