EN

Prezident: İsrailin ABŞ la zərbələri koordinasiya etməsi Vaşinqtonun etibarsızlığını göstərir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İranın nüvə proqramı ilə bağlı danışıqların ortasında İsrailin İrana zərbələrini ABŞ-la əlaqələndirilmiş şəkildə həyata keçirməsi Vaşinqtonun etibarsızlığını göstərir.

Bizimyol.info xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şəriflə söhbətində İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

“Danışıqlar zamanı sionist rejimin (İsraili nəzərdə tutur) İran ərazisini işğal etmək üzrə hərəkətlərinin ABŞ-la əlaqələndirilməsi ABŞ-ın vicdansızlığı və etibarsızlığının əlamətidir”, - deyə prezidentin mətbuat xidməti onun sözlərinə istinadə məlumat verib.

Pezeşkianın sözlərinə görə, İsrail İrana qarşı təcavüzünü davam etdirəcəyi təqdirdə daha güclü cavab alacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
3
bizimyol.info

10Sources