Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.
"Keçən il kollecin qəbul prosesində 1730 yer boş qalmış yer kimi ikinci tura çıxarılmışdı. Digər tərəfdən tələbələrin bir hissəsi də sonradan kolleci tərk edirlər. Bütün bunlara və qəbulun optimallaşdırılmasına görə plan yerləri azaldıldı. Görünən odur ki, 3-4 illik kollec təhsili tələbələr üçün uzaq perspektiv kimi görsənir. Buna baxmayaraq son 3 ildə təxminən hər il 30 min abituriyent kollecə sənəd verir. Lakin ixtisas seçimində yenə də onların müəyyən kütləsi iştirak etmir".
Əfsanə Kamal
Demokrat.az