AZ

Rəqabət artıb: Kolleclərə plan yeri kəskin şəkildə azaldıldı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Bu il 9- cu siniflərdən kolleclərə qəbul planı təxminən 25 % azaldıldı. Belə ki keçən plan yerləri 10930 olduğu halda bu il 8144 -ə endirildi. Arada olan fərq 2786- ya bərabərdir. Plan yerlərinin azaldılmasının səbəblərindən biri qəbul olmasına baxmayaraq abituriyentlərin bir hissəsinin müxtəlif səbəblərdən qəbul olduğu ixtisasdan imtana etməsidir". Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib."Keçən il kollecin qəbul prosesində 1730 yer boş qalmış yer kimi ikinci tura çıxarılmışdı. Digər tərəfdən tələbələrin bir hissəsi də sonradan kolleci tərk edirlər. Bütün bunlara və qəbulun optimallaşdırılmasına görə plan yerləri azaldıldı. Görünən odur ki, 3-4 illik kollec təhsili tələbələr üçün uzaq perspektiv kimi görsənir. Buna baxmayaraq son 3 ildə təxminən hər il 30 min abituriyent kollecə sənəd verir. Lakin ixtisas seçimində yenə də onların müəyyən kütləsi iştirak etmir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
demokrat.az

2Mənbələr