EN

Azərbaycanın tennis millisi “Davis Cup”da üçüncü qrupa yüksəlib

Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup”da böyül uğura imza atıb...

Poliqon xəbər verir ki, Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığma yer aldığı dördüncü qrupdan üçüncü qrupa yüksəlib.

150-dən artıq ölkənin mübarizə apardığı yarışda Andorra və San Marinonu üstələyərək pley-offa yüksələn komandamız Lixtenşteyn təmsilçilərinə də qalib gəliblər.

Tamerlan Əzizov Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qələbə qazanıb. O, İlk setdə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, əzmkarlıq göstərib və yekunda 6:3, 6:2 hesabları ilə qələbə qazanıb.

Poliqon.info 

Chosen
15
7
poliqon.info

10Sources