AZ

Azərbaycanın tennis millisi “Davis Cup”da üçüncü qrupa yüksəlib

Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup”da böyül uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığma yer aldığı dördüncü qrupdan üçüncü qrupa yüksəlib.

150-dən artıq ölkənin mübarizə apardığı yarışda Andorra və San Marinonu üstələyərək pley-offa yüksələn komandamız Lixtenşteyn təmsilçilərinə də qalib gəliblər.

Tamerlan Əzizov Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qələbə qazanıb. O, İlk setdə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, əzmkarlıq göstərib və yekunda 6:3, 6:2 hesabları ilə qələbə qazanıb.

Seçilən
24
7
90deqiqe.az

10Mənbələr