EN

Liverpul un müdafiəçisi Atletiko ya keçə bilər

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Liverpul"un müdafiəçisi Endryu Robertson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" şotlandiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.

Madrid klubu yay transfer pəncərəsi üçün Robertsonu əsas hədəfə çevirib. Artıq klublar arasında ilkin danışıqlar başlayıb.

Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayında "Hall Siti"dən transfer edib. Şotlandiya millisinin üzvü olan 31 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
9
sportal.az

10Sources