EN

Səssiz NÜVƏ TƏHDİDİ: AZƏRBAYCAN DA TƏHLÜKƏDƏDİR

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəsul Rza Ajans.az-a bildirib ki, nüvə sızıntısının davamlı olması təkcə İran üçün deyil, ətraf region ölkələrə də təhlükə yaradacaq.  Ekspert qeyd edib ki, İranın rəsmi açıqlamasında deyilib ki, radiasiya yalnız qurumun daxilində baş verib. Kənarlara çıxışı mümkün olmayıb. Bu məsələ ilə bağlı beynəlxalq qurumlar da narahatlığını söyləyib. Hazırda bu məsələyə ciddi nəzarət var.  Rəsul Rza vurğulayıb ki, məsələ gündəmə gələndən beynəlxalq qurumlar səfərləri gücləndirib. Hələ ki, bizim ölkə və digər qonşu regionlar üçün ciddi təhlükə yoxdur. Əgər, olarsa, burada Azərbaycanda zərər görə bilər.  Ekspert həmçinin regionda yarana biləcək dəyişikliklərə də aydınlıq gətirib.  Onun sözlərinə görə, münaqişə regiona böyük təsir göstərəcək. Bu özünü Azərbaycan üçün həm faydalı, həm də zərərli formada göstərə bilər. İqtisadi baxımdan faydası ola bilər ki, neftin qiyməti bahalaşa bilər. Zərərinə qaldıqda, ölkə poliqona çevrilə bilər. Ölkədə  qaçqın axını çoxala bilər. Həm də İrana hücum məqsədi ilə Azərbaycandan istifadə edilə bilər.  O deyib ki, Azərbaycan balanslaşdırma siyasətini qoruyub saxlamalıdır. Heç bir tərəfkeşlik göstərilmədən neytral mövqe qorunmalıdır. Məsələyə qarışmamaq ən sağlam seçim ola bilər.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
32
Ajans.az

1Sources