Bir neçə gün əvvəl skuterlə toqquşaraq xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova evə buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a aktrisanın özü məlumat verib.
O qeyd edib ki, müalicəsi ev şəraitində davam edəcək:
“Ötən gün xəstəxanadan evə buraxıldım. Səhhətim yaxşıdır, müalicəm ev şəraitində davam edir. Yataq rejimindəyəm və həkim hələ ki, işə çıxmağa həkim icazə vermir”, - deyə aktrisa bildirib.