EN

Skuterlə toqquşan aktrisa xəstəxanadan evə buraxıldı

Bir neçə gün əvvəl skuterlə toqquşaraq xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova evə buraxılıb.
 
Moderator.az bildirir ki, bu barədə Teleqraf-a aktrisanın özü məlumat verib.
 
O qeyd edib ki, müalicəsi ev şəraitində davam edəcək:
 
“Ötən gün xəstəxanadan evə buraxıldım. Səhhətim yaxşıdır, müalicəm ev şəraitində davam edir. Yataq rejimindəyəm və həkim hələ ki, işə çıxmağa həkim icazə vermir”, - deyə aktrisa bildirib.
 
Qeyd edək ki, aktrisa bir neçə gün əvvəl küçədə skuterlə toqquşaraq, başından travma alıb və Respublika Neyrocərahiyyə Xəstəxanasına yerləşdirilmişdi.
Chosen
30
2
moderator.az

3Sources