EN

40 milyon avroluq hücumçu transfer etdi - Premyer Liqa klubu

"Brayton" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "Premyer Liqa təmsilçisi "Olimpiakos"dan Xaralampos Kostulası transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Brayton" yunan hücumçu üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək. "Qağayılar" 18 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xaralampos Kostulas "Olimpiakos"un yetirməsidir. Yunanıstan U-21 millisinin üzvü ötən mövsüm Pirey təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
10
16
sportinfo.az

10Sources