“Qalatasaray” “İnter”də çıxış edən türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlunun transferində maraqlıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya mətbuatı bir müddət əvvəl tərəflər arasında danışıqların aparılmadığını bildirib.
Buna baxmayaraq, İstanbul təmsilçisi artıq 31 yaşlı futbolçunun ətrafı ilə əlaqə saxlayaraq onun tələbləri ilə maraqlanıb.
Hakanın “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, son mövsümdə A Seriyası təmsilçisinin heyətində bütün turnirlərdə 47 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.