EN

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib - YENİLƏNİB3

Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

APA xəbər verir ki, bu haqda FHN-in mətbuat xidmətindən məlumat verilib.

***

03:03

Beyləqan rayon bazarında yanğın hələ də davam edir.

APA yerli bürosu xəbər verir ki, yanğınla mübarizəyə Ağcabədi və Füzuli rayonlarından yanğınsöndürən briqadalar cəlb olunub.

Yanğının xeyli hissəsinin qarşısı alınsa da yanğın hələ də davam edir.

Şahidlər bazarda çalışan ticarətçilərə ciddi maddi ziyan dəydiyini deyir.

FHN-dən verilən məlumatda isə bildirilib ki, Beyləqan şəhəri bazar ərazisində yerləşən bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi və yanan mağazalarda yerləşən malların təhlükəsiz əraziyə daşınması işləri davam etdirilir.

***

02:31

Xəbər verildiyi kimi, Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat şəraitinə uyğun olaraq Beyləqan, Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilməklə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

***

01:27

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Beyləqan Beyləqan Beyləqan Beyləqan Beyləqan Beyləqan
Chosen
82
4
apa.az

10Sources