Bakı, 14 iyun, AZƏRTAC
Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
01:29
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.