EN

İsrailin zərbələri nəticəsində Şərqi Azərbaycanda 18 nəfər ölüb

İsrailin Şərqi Azərbaycan vilayətinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb...



13 iyun 2025 20:56 (UTC +04:00)
 
İsrailin İranın Şərqi Azərbaycan vilayətinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb, azı 35 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi vilayətin fövqəladə hallar idarəsinə istinadən məlumat verib.

 
"Hücumlar nəticəsində 18 vətəndaş həlak olub, 35-i yaralanıb", - agentliyin məlumatında deyilir.

Yerli mətbuat daha əvvəl İsrailin Tehranın yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 78 nəfərin öldüyünü, 329 nəfərin isə yaralandığı haqda məlumat yaymışdı.

Poliqon.info

Chosen
102
50
poliqon.info

10Sources