İsrailin İranda hücumundan sonra İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsveçrənin Tehrandakı səfirini ABŞ-ın maraqlarını təmsil edən diplomat kimi XİN-ə çağırıb.
APA xəbər verir ki bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə ABŞ-ın İsrailə İranın cavab hücumuna qarşı hər hansı bir dəstək verməsinin qəbuledilməz olduğu vurğulanıb və bu istiqamətdə ABŞ ordusuna ciddi xəbərdarlıq edilib.
Qeyd edilib ki, İsrailin İrana qarşı bu addımı ABŞ-ın əməkdaşlığı, koordinasiyası və ya ən azı razılığı olmadan mümkün ola bilməzdi.
İsveçrə səfirinə, eyni zamanda, bu məsələdə ABŞ-ın beynəlxalq hüquqa zidd davranışlarına görə məsuliyyət daşımalı olduğu da çatdırılıb.