Bakı. Trend:
İsrailin İrana hava zərbələri endirməsinə İranın cavabı sərt vəqanuni olacaq.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xalqamüraciətində bildirib.
Müraciətdə qeyd olunur ki, İran xalqı və rəsmiləri bu hücumqarşısında susmayacaq və İranın qanuni cavabı İsraili etdiyinəpeşman edəcək.
Müraciətdə deyilir ki, İsrailin İranın Tehran və digərşəhərlərinə hava hücumları nəticəsində çoxlu sayda uşaq, qadın,sivillər, hərbi komandanlar və nüvə alimləri ölüb. Ötən gecə başverən hücum mütləq şəkildə cavablandırılacaq.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.