EN

Deputat ölkəyə gəmilərlə gətrilən qaçaqmal siqaretdən danışdı

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mən bir məsələyə toxunum ki, hansı ki, bu günlərdə bu barədə infromasiya yayılıb, çox təəssüf ki, hamı bu barədə bir-birilə pıçıltı ilə danışır". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları qaçaqmal yolu ilə gəmilərlə ölkəyə gətirilən və 100 milyonlarla aksiz markası olmayan və vergidən yayınan, siqaret qaçaqmalçılığı ilə məşğul olan bir cinayətkar şəbəkəni ifşa ediblər:

"Mən onlara təşəkkür edirəm.  Çox istərdim ki, araşdırılsın ki, bunlar özləri orada dənizi qazıb, liman düzəldiblər, uzun müddət bu işlə məşğul olublar. Biz bilirik ki, Azərbaycanda siqaret istehsalı ilə məşğul olan müəssisələr var. Onlar vergi ödəyirlər. Yəni bu, ədalətsizliyin qarşısı alınmalıdır, həm də bu qədər milyardlarla vəsaitin tələb olunduğu vaxtda hesab edirəm ki, bu cür hərəkətlər Prezidentə və dövlətimizə xəyanətdir. Bu şəbəkənin arxasında duran şəxslər aşkar olunub ciddi şəkildə cəzalandırılmalıdır". 

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Deputat Gömrük xətti ilə toplanan vəsaitlərə də toxunub:

"Mən baxdım, misal üçün ABŞ-də gömrük orqanları xətti ilə toplanan vəsait adambaşına təqribən 300 dollar, bizdə isə bu, təqribən 660 dollardır. Yəni bu da hökuməti ciddi düşündürməlidir və narahat etməlidir ki, niyə Azərbaycanda bu qədər idxalın həcmi böyükdür və biz niyə bu, istehsal ilə özümüz məşğul ola bilmirik? Niyə sahibkarlar ölkəyə investisiya yatırmırlar və yaxud da ki, xarici investorlar Azərbaycana bizim gözlədiyimiz səviyyədə maliyyə vəsaitləri yatırmırlar? Mən əvvəllər də bu məsələni qaldırmışam, iqtisadi cinayətlərlə bağlı bütün cinayət işlərinin araşdırılması Vergilər Nazirliyinə tapşırılmalıdır. Əgər digər dövlət orqanları hər hansı iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayırlarsa, dərhal həmin materiallar Vergilər Nazirliyinə göndərilməlidir. Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır, qanunun aliliyi təmin olunmalıdır və mülkiyyəti qoruyan güclü məhkəmələr olmalıdır”.

Qafqaz Rafiqoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
3
qaynarinfo.az

4Sources