ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Siqaret qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkə aşkarlanıb, bu cür hərəkətlər Prezidentə və dövlətə xəyanətdir”.
Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, bu günlərdə bu barədə informasiya yayılıb, çox təəssüf ki, hamı bu barədə bir-birilə pıçıltı ilə danışır: “Dövlət Gömrük Komitəsinin əməkdaşları qaçaqmal yolu ilə gəmilərlə ölkəyə gətirilən və 100 milyonlarla aksiz markası olmayan, vergidən yayınan, siqaret qaçaqmalçılığı ilə məşğul olan bir cinayətkar şəbəkəni ifşa edib. Mən onlara təşəkkür edirəm. Çox istərdim ki, həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidməti, həm Dövlət Sərhəd Xidməti araşdırsınlar ki, bunlar özləri orada dənizi qazıb, liman düzəldiblər, uzun müddət bu işlə məşğul olublar. Biz bilirik ki, Azərbaycanda siqaret istehsalı ilə məşğul olan müəssisələr var. Onlar vergi ödəyirlər. Yəni bu, ədalətsizliyin qarşısı alınmalıdır, həm də bu qədər milyardlarla vəsaitin tələb olunduğu vaxtda hesab edirəm ki, bu cür hərəkətlər Prezidentə və dövlətimizə xəyanətdir. Bu şəbəkənin arxasında duran şəxslər aşkar olunub ciddi cəzalandırılmalıdır”.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Deputat gömrük xətti ilə toplanan vəsaitlərə də toxunub: “Mən baxdım, misal üçün ABŞ-də gömrük orqanları xətti ilə toplanan vəsait adambaşına təqribən 300 dollar, bizdə isə bu, təqribən 660 dollardır. Yəni bu da hökuməti ciddi düşündürməlidir və narahat etməlidir ki, niyə Azərbaycanda bu qədər idxalın həcmi böyükdür və biz niyə bu, istehsal ilə özümüz məşğul ola bilmirik? Niyə sahibkarlar ölkəyə investisiya yatırmırlar və yaxud da ki, xarici investorlar Azərbaycana bizim gözlədiyimiz səviyyədə maliyyə vəsaitləri yatırmırlar? Mən əvvəllər də bu məsələni qaldırmışam, iqtisadi cinayətlərlə bağlı bütün cinayət işlərinin araşdırılması Vergilər Nazirliyinə tapşırılmalıdır. Əgər digər dövlət orqanları hər hansı iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayırlarsa, dərhal həmin materiallar Vergilər Nazirliyinə göndərilməlidir. Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır, qanunun aliliyi təmin olunmalıdır və mülkiyyəti qoruyan güclü məhkəmələr olmalıdır”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.