EN

Baş nazir və prezidentə məxsus təyyarə Təl-Əvivdən HAVAYA QALXDI

İsrailin baş naziri və prezidentinə məxsus rəsmi təyyarə — “Sionun qanadı” Təl-Əvivdəki Ben Qurion hava limanından havaya qalxıb.

Publika.az xəbər verir ki, bu barədə "FlightRadar" xidməti məlumat yayıb.

Təyyarənin hara istiqamət aldığı və göyərtəsində kimlərin olduğu məlum deyil.

Xatırladaq ki, gecə saatlarında İsrail ordusu “Am KeLavi” adlı hərbi əməliyyatın başlandığını elan edib. Əməliyyatın məqsədi İranın nüvə və raket proqramlarına zərbə vurmaqdır.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkə boyunca, o cümlədən Tehranda yerləşən obyektlərə hücumlar həyata keçirib.

Chosen
7
1
publika.az

2Sources