İsrailin baş naziri və prezidentinə məxsus rəsmi təyyarə — “Sionun qanadı” Təl-Əvivdəki Ben Qurion hava limanından havaya qalxıb.
Moderator.az Publika.az - a istinadla xəbər verir ki, bu barədə "FlightRadar" xidməti məlumat yayıb.
Təyyarənin hara istiqamət aldığı və göyərtəsində kimlərin olduğu məlum deyil.
Xatırladaq ki, gecə saatlarında İsrail ordusu “Am KeLavi” adlı hərbi əməliyyatın başlandığını elan edib. Əməliyyatın məqsədi İranın nüvə və raket proqramlarına zərbə vurmaqdır.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkə boyunca, o cümlədən Tehranda yerləşən obyektlərə hücumlar həyata keçirib.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bəyan etmişdi ki, İsrail İranın nüvə zənginləşdirmə proqramının “ürəyinə” və raket infrastrukturlarına zərbələr endirib.