EN

242 nəfəri daşıyan təyyarə qəza keçirdi - VİDEO

Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində çoxsaylı sərnişinlərin olduğu təyyarə qəzaya uğrayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin İngiltərənin Birmingem şəhərinə uçuşu zamanı baş verib.

İlkin məlumatlara görə, təyyarədə 242 nəfər olub.

Qəza ilə bağlı yayılan görüntülərdə göyə qalxan sıx qara tüstü müşahidə olunur.

Hadisənin səbəbi və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib. 


Chosen
67
manset.az

1Sources