EN

Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək QSC nin nazirə məxsus olduğu bildirilir

Pravda.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vahid elektron informasiya sistemi proqram təminatına aid informasiya-kommunikasiya avadanlığı, kəsilmez enerji ehtiyatı sistemi və şəbəkə infrastrukturuna texniki xidmətin göstərilməsi, proqram təminatının təkmilləşdirilməsi ilə əlaqədar 600 000 AZN sərf edəcək.

Pravda.az-ın xəbərinə görə, Xidməti “BestComp Group” QSC həyata keçirəcək.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Xidmət və QSC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qeyd: QSC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.

Cabir Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
pravda.az

4Sources