EN

Azərbaycanın cüdo hakimi ilk dəfə dünya çempionatına təyinat alıb

Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Bu əlamətdar nailiyyət münasibətilə Nazim Umbayevi təbrik edir, karyerasında daha böyük uğurlar arzulayırıq!

Chosen
54
8
report.az

10Sources