"Beşiktaş" klubu Frank Zambo Anqissa üçün "Napoli"yə 10 milyon avro təklif edib.

Offsideplus.az xəbər verir ki, lakin Neapol təmsilçisi bu təklifi qəbul etməyib.

Bu barədə "Relevo" portalı məlumat yayıb.

Anqissa 2021-ci ildən "Napoli"də çıxış edir. O, başa çatan mövsüm 37 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

29 yaşlı kamerunlu futbolçunun Neapol klubu ilə 2 illik müqaviləsi qalıb.

Transfermarkt portalına görə onun bazar dəyəri 27 milyon avrodur.