NBA final seriyasında 3-cü qarşılaşma keçirilib.
Offsideplus.az xəbər verir ki, İndiana Pacers və Oklahoma City Thunder bu dəfə Gainbridge Fieldhouse'da üz-üzə gəlib.
Pacers evindəki oyunda son periyoda geridə daxil olub. Lakin son periyodu 32:18 hesabı ilə qazanaraq matçı qələbə ilə başa vurmağı bacarıb.
Matçın ən məhsuldar oyunçusu 27 xal Benedikt Mathurin olub.
NBA, final seriyası
İndiana Pacers 116-109 Oklahoma City Thunder (24:32, 40:28, 20:29, 32:18)
Seriyada hesab 2:1
*4 qələbəyə ilk çatan komanda NBA çempionu olacaq.