EN

Qutsulla bağlı qərar

Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının müddəti daha 30 sutka uzadılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kişinyov Rayon Məhkəməsi bununla bağlı prokurorların vəsatətini təmin edib.

Qutsulun vəkilləri qərarla bağlı Apellyasiya Palatasına şikayət edəcəklər.

Xatırladaq ki, Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs etmişdi. Mayın 21-də o, ev dustaqlığına buraxılıb.

Chosen
71
publika.az

1Sources