EN

Ukrayna pilotsuz təyyarələri Tambov barıt zavoduna hücum edib

İyunun 11-nə keçən gecə Ukrayna pilotsuz təyyarələri Rusiyanın Kotovsk şəhərindəki Tambov barıt zavoduna hücum edib. Şəhər üzərində ən azı 10 partlayış səsi eşidilib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları yerli sakinlərə istinadən məlumat yayıb.

Videoda, ehtimal ki, zavodun ərazisində baş verən partlayış anları da əks olunub. TASS dövlət agentliyi gecə saatlarında “Kotovska PUA-ların kütləvi hücumunun” dəf edildiyini bildirib.

Tambov barıt zavodu bundan əvvəl 2023-cü ilin noyabrında və 2025-ci ilin yanvarında hücuma məruz qalmışdı. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bu müəssisəni “Rusiya ordusu üçün partlayıcı materialların əsas təchizatçılarından biri” adlandırıb.

Chosen
67
36
herbiand.az

10Sources