EN

Özbəkistan və Rusiya arasında gərginlik - Daşkənd Moskvaya nota göndərdi!


Özbəkistan və Rusiya arasında gərginlik yaranıb. Belə ki, Özbəkistan XİN Rusiya ərazisində ölkə vətəndaşlarına qarşı əsassız yoxlamalar, hörmətsiz və kobud rəftar halları ilə bağlı narahatlığını ifadə edib. Bu barədə Özbəkistan XİN-in mətbuat katibi Ahror Burxanov teleqramda bildirib.
Onun sözlərinə görə, Özbəkistanın Moskvadakı səfirliyi Rusiya XİN-ə nota göndərib və burada vətəndaşların qanunsuz yoxlamalar, hörmətsizlik və kobud münasibətlə bağlı şikayətləri ilə əlaqədar narahatlıq ifadə edilib. Burxanov vurğulayıb ki, belə hallar "ölkələrimiz arasındakı dostluq münasibətlərinə uyğun deyil və bunları qabaqlamaq üçün konkret tədbirlər görülməlidir".

Mətləb Salahov

Chosen
50
5
baki-xeber.com

10Sources