ain.az, Bizimyol saytına istinadən bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ali təhsilini Çində davam etdirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə "My Step Foundation" məlumat yayıb.
“Sentyabrda Anna Akopyan Pekin Normal Universitetində iki illik magistratura proqramında Çin fəlsəfəsini öyrənmək üçün Çinə gedəcək”, - deyə məlumatda qeyd edilir.
Baş nazirin həyat yoldaşı Pekində Çin fəlsəfəsinin əsas istiqamətlərini, o cümlədən konfutsiçilik, daoizm və Çin siyasi fəlsəfəsini öyrənəcək. İngilis dilində tədris olunan proqramda Çin siyasi elminin əsasları da yer alacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd: Azərbaycan Qarabağı işğaldan azad edərkən, Paşinyanın arvadı Anna Akopyan qadınlardan ibarət döyüşçülər hazırlayırdı. Sonu bəlli... Çin fəlsəfəsini də "əlinə-üzünə" bilaşdırmasın...
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.