BAKI, 10 iyun. TELEQRAF
“Yaxşı oyun idi. Rəqibin yaxşı komanda olduğunu bilirdik”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan millisinin futbolçusu Villi Orban Bakıda Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı müdafiəçi Azərbaycan millisinin qolunda qayda pozuntusu olduğunu söyləyib: “Orada top ələ dəyişmişdi. 3-cü qolu vurmaq üçün epizodlarımız olsa da, bunlardan istifadə edə bilmədik. Rəqib öz evində oynadığına görə hesabı bərabərləşdirməyə çalışırdı. Mövsümü yaxşı bitirdiyimizi düşünürəm. Azərbaycan millisinə növbəti oyunlarda uğurlar arzulayıram”.