İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin köhnə anbarlardan Ukraynaya “Patriot” raket sistemlərinin köçürülməsi ilə bağlı açıqlaması həqiqətə uyğun deyil.
Bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildiriblər: “Bəyanat həqiqətə uyğun deyil. İsrail “Patriot” sistemlərini Ukraynaya ötürməyib”.
Qeyd edək ki, iyunun 10-da ukraynalı jurnalistlərə müsahibəsində Mixail Brodski bildirib ki, məşhur inancın əksinə olaraq, İsrail Ukraynaya hərbi yardım edib. Nümunə kimi o, 90-cı illərin əvvəllərində İsrail ordusunda xidmətdə olan “Patriot”ların Kiyevə göndərilməsini göstərib. Lakin o, neçə sistem göndərildiyini və bunun nə vaxt baş verdiyini açıqlamayıb.
//Samir Qurbanov, Editor.az