EN

Türkiyəli xanım nazir: Hər çətinlikdə ailəmi daim yanımda gördüm

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş "Şəxsiyyət, mənsubiyyət və ideallar: Multikultural dünyada öz dəyərlərinlə yol almaq" adlı proqramda Xəzər Universitetinin tələbələri ilə görüşüb.

"Report" xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra isə bədii hissə olub.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı Azərbaycan və Türkiyə münasibətlərindən bəhs edib:

"Əlaqələr nə qədər möhkəm olarsa, millət də o qədər güclü olar. İki ölkənin əlaqələrinin möhkəm olmasının bir başqa səbəbi də ailə dəyərlərinə verilən önəmdir. Şərq xaqlarında ailə dəyərlərinin önəmi hər zaman vurğulanıb".

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş isə gənclərə motivasiya məqsədilə öz karyera yolundan və onlara bu istiqamətdə ailəsinin dəstəyindən söz açıb:

"Ailə bizim təməl gücümüzdür. Keçdiyim hər çətinlikdə daim yanımda onları gördüm. Hicaba görə gördüyüm bütün təzyiqlərdə yanımda ailəm var idi".

Chosen
33
report.az

1Sources