EN

Azərbaycan - Macarıstan matçına neçə bilet satılıb? - rəsmi

Millimiz bu gün yoldaşlıq oyunu çərçivəsində Macarıstanla qarşılaşacaq. Komanda "Liv Bona Dea Arena"da keçiriləcək matçda 9 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq.

Təbii ki, bu həm də güclü azarkeş dəstəyi sayəsində mümkün ola bilər. Bəs indiyə qədər oyuna neçə bilet satılıb?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlinin "Football-plus.az"a verdiyi məlumata görə, bu gün səhər saatlarına qədər sahibini tapan biletlərin sayı 2632-yə bərabərdi. Satış davam edir.

1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər isə 10 manat dəyərindədi. Biletləri əldə edə biləcəyiniz ünvanlar: "iTicket.az" satış məntəqələri, Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzləri, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi.

Xatırladaq ki, oyun saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR

Chosen
66
football-plus.az

1Sources